Fədayə Laçın bu dəfə tamamilə fərqli obrazda kamera qarşısına keçib.
“Yeni Sabah” xəbər verir ki, müğənni xarici görünüşündə etdiyi dəyişiklikləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
O, uzun, sarı saçları, qara enli şlyapaı və fərqli makiyajı ilə əvvəlki görünüşündən xeyli fərqlənib. Müğənni qara rəngli, qabarıq qollu libas, iri qızılı boyunbağı və qolbaqlarla obrazını tamamlayıb. Qırmızı dodaq boyası və göz makiyajı da onun yeni tərzinə xüsusi görünüş verib. Online shopping Azərbaycan
Fədayə laçının paylaşımında yeni görünüşdə klip çəkdirdiyini bildirib. O, izləyicilərinə müraciət edərək: "Necədir indi görən? Qəşəngdir?" – deyə soruşub.
Əsmətxanım
Telegram kanalımız