"Aston Villa"nın baş məşqçisi Unai Emeri İstanbulda "Qalatasaray"a qarşı keçirilən görüşdən sonra hakim qərarlarına etiraz edib.
“Yeni Sabah” xəbər verir ki, ispaniyalı mütəxəssis qarşılaşma sonrası açıqlamasında rəqibin hesabı açdıqdan sonra oyunun tempini aşağı saldığını və vaxtı uzatdığını bildirib.
Emeri fikirlərini belə ifadə edib: "Galatasaray qol vurduqdan sonra futbol oynamaq mümkünsüz hala gəldi. Onlar daim vaxtı uzadırdılar. Hakim isə cəmi 5 dəqiqə əlavə etdi. Yaxşı, oyunu bitirin... Biz də daha çox oynamaq istəmirik. Hakimin bu məsələdə ədalətli davrandığını düşünmürəm!" İnternet mağaza
Sözügedən qarşılaşma "Qalatasaray"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Nazim Hacıyev
Telegram kanalımız