Restoran rəhbərlərinə çağırış: “Zövqlü olun”

saytların hazırlanması

Evə çatdırılma

Restoran rəhbərlərinə çağırış: “Zövqlü olun”

Şou

25 Noyabr 2026 15:13 67


Əbdül Xalid şou-biznesdə ucuz qiymətə çıxış edən ifaçıların restoranlarda peşəkar sənətçilərlə rəqabət yaratdığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, o bəzi restoran rəhbərlərinin ifaçıları qiymətinə görə seçdiyini deyib.

O, məkan sahiblərini musiqi zövqünə və sənətə dəyər verməyə çağırıb: Online alış-veriş

“Studiyalarda peşəkar insanlar çalışır. Kim istəyirsə, 30 manata mahnı hazırlayır. Allah xeyir versin. Ona görə də bu gün səhnəmizdə, şou-biznesdə restoran müdirlərinin də problemləri çoxdur. Başa düşürsünüz? Məsələn, baxır ki, Əbdül Xalid 10 manata gəlir, başqa bir müğənni isə 2 manata gəlir. O da Əbdül Xalidin mahnılarını oxuyur. Onun üçün fərqi yoxdur, Röya xanımın da, Aygün xanımın da, hamının mahnısını oxuyur. Başa düşürsünüz?

Müdir də baxır ki, camaat buna da oynayır, 2 manat verirəm. Deyir ki, 10 manat verməkdənsə, elə bunu çağırım. Amma həqiqətən də məkan sahiblərinin, administratorların zövqlü olması, özünə və məkanına dəyər verməsi çox önəmlidir. Vəfalı, səliqəli insanlar olsunlar. Bu, çox vacibdir”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!