Türkiyə millisinin və "Real Madrid"in gənc ulduzu Arda Gülər "Fənərbaxça"nın braziliyalı əfsanəsi Aleks de Souza haqqında səmimi açıqlamalar verib.
“Yeni Sabah” xəbər verir ki, yetirməsi olduğu İstanbul klubunun tarixində silinməz iz qoyan sabiq kapitana olan heyranlığını gizlətməyən Arda onu uşaqlıqdan bəri özünə nümunə seçdiyini bildirib. Gənc yarımmüdafiəçi Aleksin oyun üslubundan hələ də ilham aldığını xüsusi vurğulayıb:
"Aleks haqqında danışmaq çətindir, çünki o, mənim kumirim olub. Elə dünən də YouTube platformasında onun videolarına baxırdım. O, hələ də mənim kumirimdir!". Onlayn mağaza
Arda Gülərin bu sözləri həm "Fənərbaxça" azarkeşləri, həm də Türkiyə futbol ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
Nazim Hacıyev
Telegram kanalımız