Milli Kibertəhlükəsizlik Agentliyi təhdid kəşfiyyatı platformasının lisenziyalarının genişləndirilməsinə təxminən 6 milyon manat ayırıb.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxsi mövcud Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) təkmilləşdirilməsi istiqamətində irihəcmli satınalma həyata keçirib.
Satınalma çərçivəsində mövcud Təhdid kəşfiyyatı (Threat Intelligence) platformasının funksionallığının genişləndirilməsi üzrə əlavə lisenziyaların alınması nəzərdə tutulur. Müqavilənin qalibi “MİRAİ TECHNOLOGY” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Online shopping Azərbaycan
Tərəflər arasında imzalanmış müqavilənin ümumi dəyəri 5.989.487,02 AZN təşkil edir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız