Fəridə Laçınova vəzifədən getdi

saytların hazırlanması

Evə çatdırılma

Fəridə Laçınova vəzifədən getdi

İqtisadiyyat

12 Avqust 2026 14:31 38


“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin rəhbərliyində növbəti dəyişiklik baş verib.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, şirkətin icraçı direktoru vəzifəsinə Nigar Xubanova-Mahmudzadə təyin edilib.

O, bu vəzifədə Fəridə Laçınovanı əvəz edib. Fəridə Laçınova şirkətin icraçı direktoru vəzifəsini müvəqqəti icra edirdi. pizza hut

Qeyd edək ki, 2026-cı ilin aprelində “Xalq Kapital”ın əvvəlki icraçı direktoru Fərəc Axundov vəzifəsindən ayrılmış, onun yerinə Fəridə Laçınova müvəqqəti icraçı təyin edilmişdi. Fərəc Axundov 2024-cü ildən şirkətə rəhbərlik edirdi.

Beləliklə, Nigar Xubanova-Mahmudzadənin təyinatı ilə “Xalq Kapital”ın icraçı rəhbərliyində bu il ikinci dəyişiklik baş verib.

Bundan əvvəl şirkətin Müşahidə Şurasının rəhbərliyində də dəyişiklik edilmişdi. Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Elxan Ağayev Müşahidə Şurasının sədri təyin olunaraq Xəzər Bağırlını əvəz etmişdi.

“Xalq Kapital İnvestisiya Şirkəti” 2017-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 420 min manatdır və kapitalının 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!