Fisnik Kepuska “Finca”dan getdi

saytların hazırlanması

Evə çatdırılma

Fisnik Kepuska “Finca”dan getdi

İqtisadiyyat

28 Sentyabr 2026 11:24 66


"FINCA Azerbaijan" bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının üzvü və audit komitəsinin sədri Fisnik Kepuska təşkilatdan ayrılıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Plat.az-a təşkilatdakı mənbədən bildirilib.

Məlumata görə, o, bu ilin sentyabr ayından etibarən qurumdakı fəaliyyətini başa vurub. F.Kepuska bu vəzifəyə 2023-cü ildə seçilmişdi.  Sezar pizza

Qeyd edək ki, bu, son aylarda təşkilatın rəhbərliyində baş verən ilk ciddi kadr dəyişikliyi deyil. Belə ki, bundan əvvəl FINCA Azerbaijan-ın Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü olan Ruqiyyə Əliyeva da BOKT-dən ayrılaraq, "AFB Bank"ın rəhbərliyinə transfer olunmuşdu.

Bu ayrılıqlardan sonra hazırda bank olmayan kredit təşkilatının həm İdarə Heyəti (İH), həm də Müşahidə Şurası (MŞ) cəmi iki üzv ilə təmsil olunur. Eyni zamanda hər iki strukturun - həm Müşahidə Şurasının, həm də İdarə Heyətinin hazırda rəsmi sədri yoxdur.

Qeyd edək ki, Fisnik Kepuska maliyyə və bank sahəsində 25 ildən artıq peşəkar iş təcrübəsinə sahibdir. FINCA qlobal şəbəkəsinə 2016-cı ildə qoşulan Kepuska, FINCA Kosovo-da CFO və COO vəzifələrində çalışıb. O, həmçinin FINCA Impact Finance qrupunda Qlobal Təşkilat Əməliyyatları Direktoru kimi fəaliyyət göstərməklə yanaşı, FINCA Bank Qırğızıstanın rəhbər idarəetmə orqanlarında təmsil olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!