Filippin Prezidenti Ferdinand Markos Cunorla (Jr.) görüşündə ABŞ Prezidenti Donald Tramp zarafatla Filippin Ordusunun Feldmarşal rütbəsinə yüksəldilməsinə etiraz etmədiyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, bu rütbəyə artıq bir dəfə ABŞ hərbçisi Duqlas MakArtur layiq görülüb.
"Etiraz etmirsinizsə, mənim üçün də eyni şeyi etməyinizi istərdim. Bunu çox istərdim. Yəni niyə məndə olmasın?!" - Tramp bildirib. Elektronika məhsulları
Filippin lideri ilə görüşdən sonra Tramp Vaşinqton və Manilanın ticarət müqaviləsi imzaladığını və müdafiə əməkdaşlığını genişləndirmək barədə razılığa gəldiyini deyib. O əlavə edib ki, ABŞ Filippinin genişmiqyaslı nüvə enerjisi layihəsinin hazırlanmasında Amerika texnologiyasından istifadəsini təsdiqləyib.
Telegram kanalımız