İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Mata peşəkar futbolçu karyerasını başa vurub.
“Yeni Sabah” xəbər verir ki, təcrübəli futbolçu sosial şəbəkə hesabındakı vida mesajında bu sözləri qeyd edib:
"Bəzən sevmək, sevdiyin şeydən imtina etmək deməkdir. Təşəkkürlər, futbol!" ShopByBro
X.Mata həm milli komanda, həm də klub səviyyəsində futbol dünyasının ən nüfuzlu titullarını qazanıb. O, İspaniya yığmasının heyətində 2010-cu ildə Dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu adını qazanıb. Klub karyerasında isə 2012-ci ildə Çempionlar Liqasının, 2013 və 2017-ci illərdə isə Avropa Liqasının qalibi olub.
Bundan əlavə, ulduz futbolçunun muzeyində 2008-ci ildə qazandığı İspaniya Kral Kuboku, 2012 və 2016-cı illərin İngiltərə Federasiya Kuboku, eləcə də 2017-ci ilin İngiltərə Liqa Kuboku yer alır. Karyerasının son dövrlərində fərqli qitələrdə çıxış edən Mata 2023-cü ildə həm Türkiyə, həm də Yaponiya çempionatlarının qızıl medallarını boynundan asmağa müvəffəq olub.
Nazim Hacıyev
Telegram kanalımız