Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin və onların yaxın qohumlarının hüquqları qanunla qorunur.
“Yeni Sabah” xəbər verir ki, korrupsiya barədə məlumat verən şəxslərə və onların yaxınlarına hədə-qorxu gəlmək, təzyiq göstərmək, maddi və mənəvi ziyan vurmaq, təhqir və ya təhdid etmək, şərəf və ləyaqətlərini alçaltmaq qadağandır.
Bundan əlavə, məlumat verən işçiyə qarşı qisas məqsədilə töhmət verilməsi, əmək müqaviləsinə xitam verilməsi, vəzifədən azad edilməsi, başqa işə keçirilməsi, əməkhaqqından qanunsuz tutulmalar aparılması və vəzifədə yüksəlməsinə mane olunması yolverilməzdir. Online alış-veriş
Qeyd olunur ki, işçi ona qarşı qisas xarakterli tədbirlərin tətbiq edildiyinə dair dəlillər təqdim edərsə, həmin dəlilləri təkzib etmək vəzifəsi işəgötürənin üzərinə düşür.
Aytac Əliyeva
Telegram kanalımız