“AzInTelecom”dan çıxdı, “PAŞA Sığorta”da VƏZİFƏ VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

“AzInTelecom”dan çıxdı, “PAŞA Sığorta”da VƏZİFƏ VERİLDİ

İqtisadiyyat

18 Noyabr 2026 14:29 157


AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin Müştərilərlə əlaqələr şöbəsinin rəhbəri Günel Səmədova işdən çıxıb. 

“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, G.Səmədovaya  “PAŞA Sığorta” ASC-də vəzifə verilib.

Belə ki, o, şirkətdə Şikayətlərin idarə edilməsi şöbəsinin müdiri təyin edilib. Bakıda online alış-veriş

Qeyd edək ki, G.Səmədova 2018-2026-cı illərdə “AzInTelecom”da, 2017-2018-ci illərdə isə, "PMD Group" MMC-də çalışıb. 

Xatırladaq ki, bundan bir müddət öncə də “PAŞA Sığorta”da yeni təyinatlar olub. Belə ki, Tahir Əliyev şirkətdə Məhkəmə mübahisələri və icra departamentinin rəhbəri vəzifəsinə, Rüfət İsgəndərov Subroqasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Məlumat üçün deyək ki, “PAŞA Sığorta” ASC 2006-cı ildə təsis edilib. Şirkət “PAŞA Holding” MMC-nin tərkibinə daxildir. Şirkətin Baş icraçı direktoru Niyaz İsmayılov, nizamnamə kapitalı isə, 50 milyon manatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!