Luis Suares son müsahibəsində Lamine Yamal ilə dünya futbolunun əfsanəsi Lionel Messi arasındakı müqayisələrə toxunub.
“Yeni Sabah” xəbər verir ki, uruqvaylı futbolçu bu cür müqayisələrin həm gənc oyunçuya, həm də reallığa uyğun olmadığını bildirib.
Suares qeyd edib ki, söhbət 18-19 yaşlı gənc oyunçudan və 39 yaşında hər şeyi qazanmış, hər şeyə nail olmuş Leo kimi bir nəfərdən gedir. Bu qədər gənc yaşda onları müqayisə etməyə başlamağın qətiyyən düzgün olmadığını vurğulayan təcrübəli hücumçu əlavə edib: Onlayn mağaza
"Messinin əldə etdiklərini nəzərə alsaq, ona çatmaq demək olar ki, qeyri-mümkündür. Şəxsən mən düşünürəm ki, kimsə onun nailiyyətlərini təkrarlaya bilməyəcək."
Nazim Hacıyev
Telegram kanalımız