“Fast-food” nəhəngində iflas şoku: 84 restoran satışa çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

“Fast-food” nəhəngində iflas şoku: 84 restoran satışa çıxarılır

İqtisadiyyat

18 Noyabr 2026 14:48 61


ABŞ-də 75 "KFC" və 9 "KFC/Taco Bell" ortaq brendli restoran idarə edən “Tasty Chick'n” şirkəti iflasdan qorunmaq (“Chapter 11”) üçün məhkəməyə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, aktivlərinin 50-100 milyon, borclarının isə 100-500 milyon dollar arasında olduğunu bildirən Teksas mərkəzli franşiza şirkəti maliyyə öhdəliklərini tənzimləmək məqsədilə 10 ştatda fəaliyyət göstərən bütün restoranlarını toplu və ya ayrı-ayrılıqda satışa çıxarmağı planlaşdırır.

Satışların azalması və artan xərclər səbəbindən mənfəət marjı 2023-cü ildəki 11,8%-dən 4%-ə düşən şirkət eyni zamanda ana qurum olan “Yum Brands”ə olan 15,6 milyon dollarlıq borcuna görə müqavilələrin ləğvi təhlükəsi ilə üzləşib. Fəaliyyətini davam etdirmək üçün “MidCap Financial Trust”dan 20 milyon dollarlıq maliyyə dəstəyi almağı hədəfləyən “Tasty Chick'n” restoran satışları vasitəsilə borclarını azaltmağa çalışır. ShopByBro

Bu iflas müraciəti KFC və Taco Bell şəbəkələrinin özünü deyil, yalnız həmin franşiza şirkətini əhatə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!