25 Sentyabr - 06:08
Futzal millimiz uduzdu

Futzal millimiz uduzdu

İdman

20 Sentyabr 2022 01:40 573


Futzal üzrə dünya çempionatının əsas mərhələsinə hazırlaşan Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Yenisabah.az xəbər verir ki, Aktaudakı “Halyk Arena”da oynanılan matçda rəqib Qazaxıstan yığması olub. Görüşü yerli hakimlər Talqat Kosmukhambetov, Turekhan Tursumbayev və Roman Dzusov idarə ediblər.

Qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən qolları 7-ci və 16-cı dəqiqələrdə Ramiz Çovdarov, 12-ci dəqiqə isə Rafael Vilela vurub.

Qeyd edək ki, yığmalar arasında növbəti oyun sentyabrın 20-də olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!