Hande Erçel Parisdə qatıldığı tədbirdə seçdiyi geyimlə gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, Milan Moda Həftəsindən sonra Parisə gedən məşhur aktrisa burada keçirilən tədbirlərdən birində qırmızı-qara rənglərin üstünlük təşkil etdiyi mini libas geyinib.
Erçel görünüşünü qara corab və hündürdaban ayaqqabı ilə tamamlayıb. O, Paris küçələrində çəkdirdiyi fotoları sosial media hesabında paylaşaraq izləyicilərinin diqqətini çəkib. pizza hut
Aktrisanın paylaşımına çoxsaylı bəyənmə və şərhlər gəlib. Hande Erçel son dövrlərdə beynəlxalq moda tədbirlərində tez-tez görünməsi ilə də gündəmə gəlir.
Aydan Hacı
Telegram kanalımız