Bakıda və Abşeron yarımadasında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq.
Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək. pizza
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 24-29 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 7-12, gündüz 18-23 dərəcə isti gözlənilir.
Aytac Əliyeva
Telegram kanalımız