“Heç bir borc öhdəliyimiz yoxdur” -   “Nefçi”-dən FIFA-ya cavab

saytların hazırlanması

Evə çatdırılma

“Heç bir borc öhdəliyimiz yoxdur” - “Nefçi”-dən FIFA-ya cavab

İdman

07 May 2026 09:49 108


“Nefçi” klubu FIFA-nın transfer qadağası ilə bağlı açıqlama yayıb.  

Klubdan “Yeni Sabah”a bildirilib ki, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.

“Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar”, - klubdan bildirilib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!