Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər?

saytların hazırlanması

Evə çatdırılma

Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər?

Sağlamlıq

04 İyun 2026 09:04 102


Diyetoloqlar yaşıl çayın orqanizmə faydalarını açıqlayıblar.

Oxu.Az "Real Simple" nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər yaşıl çayın müntəzəm qəbulunun sağlamlıq üçün əhəmiyyətli olduğunu vurğulayıblar.

Diyetoloq Ceki Bridsonun sözlərinə görə, yaşıl çay kəskin enerji sıçrayışları yaratmadan, gümrahlığın yumşaq və uzunmüddətli şəkildə artmasını təmin edir. Bu effekt çayın tərkibindəki kofein və "L-teanin" aminturşusunun birləşməsindən qaynaqlanır. Mütəxəssis qeyd edib ki, əksər insanlar üçün gündəlik yaşıl çay istehlakı diqqətin cəmlənməsini yaxşılaşdırır. Toyuqlu pizza

Diyetoloq Kendra Heyr isə əlavə edib ki, yaşıl çay orqanizmin müxtəlif sistemlərinin sağlamlığını dəstəkləyən antioksidantlarla zəngindir. Onun sözlərinə görə, içkinin müntəzəm istifadəsi ürək, beyin, qaraciyər və mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir göstərir, immuniteti gücləndirir və maddələr mübadiləsini normallaşdırır.

Bundan əlavə, K.Heyr vurğulayıb ki, bir sıra tədqiqatlar yaşıl çayın orta dərəcədə istehlakının insult riskini azaltdığını göstərir. Mütəxəssislər xatırladırlar ki, ən böyük faydanı balanslaşdırılmış rasion və sağlam həyat tərzi çərçivəsində bu içkidən ölçülü şəkildə istifadə etməklə əldə etmək olar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!