ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton İsrail Baş naziri Binyamin Netanyahu və onun siyasəti ilə bağlı sərt açıqlamalar verib.
“Yeni Sabah” xəbər verir ki, Klinton "MS Now" kanalında çıxışı zamanı Netanyahu hökumətini tənqid edib və onun siyasətindən narazılığını açıq şəkildə ifadə edib.
“Mən İsraili sevirəm və Netanyahu hökumətinə, onun siyasətinə nifrət edirəm. Mən Amerikanı sevirəm və Tramp hökumətinə, onun siyasətinə nifrət edirəm”, - deyə Klinton bildirib. Toyuqlu pizza
Klinton Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın 7 oktyabr 2023-cü il hadisələrindən əvvəl Netanyahuya Qəzza zolağından hücum olacağı barədə xəbərdarlıq etdiyi ilə bağlı məlumatları da xatırladıb.
O, Netanyahu ilə bağlı “Onun nə düşündüyünü bilmirəm, amma bu, liderlik uğursuzluğu idi” deyib. Keçmiş dövlət katibi İsrail xalqının Netanyahuya yenidən səs verməsi halında ABŞ-nin daha sərt mövqe nümayiş etdirməli olduğunu bildirib. Klinton işğal altındakı Qərb Şəriyada fələstinlilərə qarşı zorakılıq hallarına da toxunub.
O bildirib ki, yeni İsrail baş naziri bölgədə məskunlaşan israillilərin zorakılığına qarşı sərt tədbirlər görməlidir.
Onun sözlərinə görə, bu cür zorakılıqlara görə heç kim cəzasız qalmamalıdır.
“Bu, fələstinlilər üçün ədalətsiz, pis və yanlışdır”, - deyə keçmiş ABŞ dövlət katibi əlavə edib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız