Nüfuzlu "Ceoworld Magazine" nəşrinin qlobal kitab oxuma statistikası ölkələr üzrə mütaliə vərdişlərini bir daha gündəmə gətirib.
“Yeni Sabah” xəbər verir ki, tədqiqatın nəticələri dünyada və Azərbaycanda insanların illik orta hesabla neçə kitab oxuduğunu göz önünə sərir.
Nəşrin təqdim etdiyi məlumatlara əsasən, dünyada ən çox kitab oxuyan ölkələrin siyahısına ABŞ (ildə ortalama 17 kitab) və Hindistan (16 kitab) başçılıq edir. Onların ardınca Britaniya (15 kitab), Fransa (14 kitab), İtaliya (13 kitab) və Rusiya (11 kitab) gəlir. Dördpendirli pizza
Siyahının aşağı pillələrində isə oxuma göstəricilərinin daha aşağı olduğu ölkələr qərarlaşıb. Bu sıraya Pakistan (2.60 kitab), Bruney (2.59 kitab) və Əfqanıstan (2.56 kitab) daxildir.
Təqdim olunan statistikaya əsasən, Azərbaycanda ildə ortalama 3 kitab oxunur. Mütəxəssislər qlobal rəqəmlərlə müqayisədə bu göstəricinin artırılması üçün cəmiyyətdə kitab oxuma vərdişlərinin təşviq edilməsinin və mütaliə mədəniyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Nazim Hacıyev
Telegram kanalımız