Tramp Braziliyadakı seçkilərin nəticəsini tanımadı

saytların hazırlanması

Evə çatdırılma

Tramp Braziliyadakı seçkilərin nəticəsini tanımadı

Dünya

26 Oktyabr 2026 17:05 92


Braziliyada başa çatan prezident seçkilərindən sonra siyasi böhran dərinləşməkdədir.

“Yeni Sabah” xəbər verir ki, sabiq dövlət başçısının oğlu və müxalifətin əsas simalarından biri olan Flavio Bolsonaro rəsmi seçki nəticələrini qəbul etmədiklərini açıqlayaraq ölkədə təkrar seçkilərin keçirilməsini tələb edib.

Müxalifətin etirazları beynəlxalq səviyyədə də əks-səda doğurub. ABŞ Prezidentinin oğlu Donald Tramp Cunior sosial şəbəkə hesabında Braziliyadakı səsvermədə açıq-aşkar seçki saxtakarlığına yol verildiyini iddia edib. O, Flavio Bolsonaronun qələbəsinin məhz 2020-ci ildə atasının əlindən alındığı kimi "oğurlandığını" vurğulayıb. Marqarita pizza

Baş verən bu proseslər Latın Amerikasının nəhəng ölkəsində siyasi qütbləşməni daha da kəskinləşdirir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!