Hitlerin doğulduğu evlə bağlı tarixi qərar   - SƏBƏB + FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Hitlerin doğulduğu evlə bağlı tarixi qərar - SƏBƏB + FOTOLAR

Dünya

24 İyul 2026 01:16 69


Avstriyada Adolf Hitlerin doğulduğu ev illərlə davam edən müzakirələrdən sonra polis bölməsinə çevrilib.

"Yeni Sabah" xəbər verir ki, ölkə rəhbərliyi bununla binanın neonasistlər üçün ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyir. Uzun illər şəxsi mülkiyyətdə olan bina əvvəllər əlilliyi olan şəxslərə xidmət göstərən yardım təşkilatı tərəfindən istifadə olunurdu. Avstriya hökuməti 2017-ci ildə binanı dövlət mülkiyyətinə keçirib, 2019-cu ildə isə onun polis bölməsinə çevriləcəyini açıqlayıb.

Yenidənqurmadan sonra binanın ağ fasadına yalnız "Polis" sözü yazılıb. Toyuqlu pizza

Binanın qarşısında isə Mauthauzen toplama düşərgəsindən gətirilmiş "Faşizm bir daha əsla" sözləri yazılmış abidə daşı saxlanılıb. Daşın üzərində Hitlerin adı qeyd olunmayıb. Avstriya Daxili İşlər Nazirliyinin Tarix İdarəsinin rəhbəri Ştefan Mlçox bildirib ki, əsas məqsəd binanın Hitlerlə əlaqələndirilməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, bununla həm də bina ətrafında formalaşmış simvolik və sirli imicin aradan qaldırılması nəzərdə tutulur.

Rəsmilər xatırladıblar ki, Hitler 1889-cu ildə doğulduqdan sonra bu evdə cəmi bir neçə həftə yaşayıb.

Qeyd edək ki, bina nasist dövründə "Fürerin doğulduğu ev" kimi təqdim olunaraq incəsənət muzeyinə çevrilmişdi. Hazırda isə binanın qarşısına gələn turistlər burada şəkil çəkdirirlər.

Yerli hakimiyyət orqanları bildirirlər ki, son illərdə neonasistlərin bu binaya ziyarətləri əhəmiyyətli dərəcədə azalıb. Avstriyada nasist salamı vermək və nasist simvollarından istifadə etmək isə qanunla qadağandır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!