Dövlət İmtahan Mərkəzi imtahanlarda buraxılış rejimini həyata keçirən əməkdaşların cəlb edilməsi üçün elektron qeydiyyata başlayır. Qeydiyyat oktyabrın 12-dən noyabrın 10-u saat 10:00-dək davam edəcək.
Bu barədə “Yeni Sabah”a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanlarda təhlükəsizliyin artırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaflığın təmin olunması məqsədilə müxtəlif peşə sahələrində çalışan ictimaiyyət nümayəndələrinin prosesə cəlb edilməsi nəzərdə tutulur. pizza sifarişi
Qeydiyyatdan Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, 21-40 yaş aralığında olan qadınlar müraciət edə bilərlər.
Namizədlər hazırda tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda rəsmi işləməli və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr dərəcəsinə sahib olmalıdırlar. Həmçinin müraciət edən şəxslərin fiziki və psixoloji cəhətdən sağlam olması tələb olunur.
DİM qeyd edib ki, zal nəzarətçisi kimi qeydiyyatdan keçən şəxslərin buraxılış rejimi əməkdaşı qismində iştirakına icazə verilmir.
Aytac Əliyeva
Telegram kanalımız