Yeni "iPhone" alanların bəziləri telefonun səsindən narazıdır. İstifadəçilər cihazın qulaq səsgücləndiricisindən səbəbi bilinməyən cızıltı və tıqqıltı səsləri gəldiyini bildirirlər.
“Yeni Sabah” xəbər verir ki, "Apple"ın yeni təqdim etdiyi iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin istifadəçiləri telefonların qulaq səsgücləndiricisindən qəribə səslər gəlməsindən şikayət etməyə başlayıblar. Şikayətlər qısa müddətdə müxtəlif onlayn forumlarda yayılıb. İstifadəçilər problemin telefonun hansı hissəsindən qaynaqlandığını dəqiq müəyyən edə bilmirlər. Bəzi hallarda tıqqıltı və partlama kimi səslər adi telefon danışığı zamanı eşidilir. Bundan başqa, internet səhifələrində aşağı-yuxarı hərəkət edərkən və klaviaturada yazı yazarkən də eyni problemin yarandığı bildirilir. İstifadəçilər hətta Uçuş rejimini açıb-bağlamağın və ekranın parlaqlığını sürətlə dəyişməyin də bu səsi yarada bildiyini qeyd ediblər.
"Apple" ilk versiyada olan digər problemləri aradan qaldırmaq üçün iOS 27.0.1 yenilənməsini yayımlayıb. Lakin istifadəçilərin bildirdiyinə görə, bu yenilənmə qulaq səsgücləndiricisindən gələn təsadüfi tıqqıltı səslərini aradan qaldırmayıb. Sezar pizza
Problemin telefonun avadanlığı ilə, yoxsa proqram təminatı ilə bağlı olduğu hələlik məlum deyil. Bəzi istifadəçilər problem yaşadıqları telefonları mağazada yenisi ilə dəyişdiriblər. Lakin onların sözlərinə görə, yeni aldıqları cihazlarda da eyni tıqqıltı problemi davam edib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız