Sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən işdən azad edilən müəllimlərin böyük hissəsini ibtidai sinif müəllimləri təşkil edib.
"Yeni Sabah" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Peşə Təhsili Forumu"nda deyib.
Onun sölərinə görə, bu fikirlərin səsləndirilməsində məqsəd ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların peşə bacarıqlarını kiçiltmək deyil. Bununla belə, o, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərin böyük bir hissəsinin orta ixtisas təhsilli olduğunu diqqətə çatdırıb. İnternet mağaza
Nazir vurğulayıb ki, bu vəziyyət uzun müddət ölkədə müəllim çatışmazlığının mövcud olması ilə əlaqədar formalaşıb. Hazırda isə həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılmasına keçid təmin edilib. E.Əmrullayev bu dəyişikliklərin uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyinə inandığını bildirib.
Telegram kanalımız