Hafiz Məmmədovun ailəsinin əmlakı ilə bağlı yeni qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Hafiz Məmmədovun ailəsinin əmlakı ilə bağlı yeni qərar verildi

Sosial

18 Noyabr 2026 13:14 67


Baş Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işinə görə üzərinə həbs qoyulan iki əmlakla bağlı yeni qərar çıxarılıb.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, söhbət keçmiş oliqarx Hafiz Məmmədovun oğlu Kənan Məmmədova məxsus mülklərdən gedir.

Həmin əmlakların üzərinə məşhur  “Beynəlxalq Bank” işi ilə bağlı “Baghlan Group FZCO” şirkətinə verilən kreditlərlərə görə həbs qoyulmuşdu.Məsələ burasındadır ki, 2013-cü ildə bankdan sözügedən şirkətə 5.000.000 dollar kredit verilib. 2017-ci ildə isə qalıq 2.049.495,81 dollarlıq borca görə Məmmədovlar ailəsinin Yasamal rayonunda yerləşən iki əmlakı müsadirə edilərək hərracda satılıb. Online alış-veriş

Məmmədovların  650.5 kv.m olan qeyri-yaşayış sahəsi və ünvan 0.00988 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 307 kv.m. qeyri-yaşayış sahələri həbsdən azad edilib. Bununla bağlı istintaq orqanının vəsatəti təmin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!