İspaniyada rekord istilər minlərlə can aldı - Baş nazir dəhşətli rəqəmi açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İspaniyada rekord istilər minlərlə can aldı - Baş nazir dəhşətli rəqəmi açıqladı

Dünya

27 İyul 2026 16:03 329


İspaniyada 2026-cı ilin əvvəlindən bəri müşahidə olunan rekord isti hava şəraiti minlərlə insanın ölümünə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes Madriddə keçirilən tədbirdə bildirib ki, bu il ölkədə ekstremal istilərlə əlaqədar ölənlərin sayı 3 800 nəfəri ötüb.

Onun sözlərinə görə, 2026-cı ildə baş verən meşə yanğınları nəticəsində 150 min hektara yaxın ərazi yanıb, 13 nəfər həyatını itirib. Baş nazir iqlim böhranının ən çox həssas əhali qruplarına zərbə vurduğunu vurğulayıb. pizza sifarişi

Pedro Sançes qeyd edib ki, iqlim dəyişikliyinin təsirlərinə qarşı müdafiə imkanları zəif olan yaşlılar, uşaqlar, açıq havada çalışanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər daha böyük risk altındadır.

Bundan əvvəl İspaniya Dövlət Meteorologiya Agentliyi (AEMET) 2026-cı ilin ilk altı ayının son 65 ilin ən isti dövrü kimi qeydə alındığını açıqlamışdı. Həmçinin iyun ayı ölkənin meteoroloji müşahidələr tarixində ikinci ən isti iyun ayı olub. Həmin dövrdə orta temperatur iqlim normasını 3,2 dərəcə üstələyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!