Kardiologiya İnstitutu həkimi qanunsuz olaraq işdən çıxarıb 

saytların hazırlanması

Evə çatdırılma

Kardiologiya İnstitutu həkimi qanunsuz olaraq işdən çıxarıb 

Kriminal

20 Aprel 2020 11:31 5353


Elmi-Tədqiqat Kardiologiya İnstitutu keçmiş əməkdaşı ilə bağlı məhkəməyə müraciət edib. 

“Yeni Sabah”ın məlumatına görə, uzun illər Elmi-Tədqiqat Kardiologiya İnstitutunda həkim işləyən Qəhrəmanova Sona Mais qızı ilə əmək müqaviləsinə xitam verildiyinə görə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. 1-ci instansiya məhkəməsi həkimin işdən azad olunmasını qanunsuz sayaraq onun işə bərpa olunması ilə bağlı qətnamə çıxardıb. Bundan sonra inistitut Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, 1-ci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

Hazırda Elmi-Tədqiqat Kardiologiya İnstitutu Ali Məhkəməyə kassasiya şikayəti verib və iş hakim Qürbət Əsgərovun icraatına verilib. Həkimin hüquqlarını müdafiə edən müdafiəçi Vüqar Əmrahovun sözlərinə görə, Sona Qəhrəmanova ilə olan əmək müqaviləsini qanunsuz olaraq ləğv ediblər:: “Tibb Universitetinin Kliniki Farmakologiya kafedrasının assistent müəllimi olan Sona xanımın işində heç bir nöqsan olmayıb sadəcə ona qarşı haqsızlıq edilib”.

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!