Azərbaycanda bank kartları ilə bağlı yeni qadağa gəlir. Məlumata görə, bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Bəzi banklar artıq bu məhdudiyyəti tətbiq etməyə başlayıb, bəziləri isə oktyabrın 1-dən başlayacaq. Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra eyni valyutada ikinci kartı sifariş edə bilməyəcək.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Əkrəm Həsənov deyib ki, bu qaydanın hansı qurum tərəfindən qəbul olunduğu naməlumdur:
“Bu qaydanı kim qəbul edib, hələ də bəlli deyil. Ümumiyyətlə son vaxtlar Azərbaycanda belə bir qeyri-adi vəziyyət yaranıb ki, məhdudiyyətin kim tərəfindən qoyulduğu məlum olmur. Bir neçə il əvvəl xarici valyutanın alışı ilə bağlı məhdudiyyət tətbiq edildi. Hər bir vətəndaşın il ərzində cəmi 20 min manat dəyərində xarici valyuta ala bilər. Mən bu qərarın kim tərəfindən verildiyini soruşanda, heç bir dövlət qurumu öz boynuna götürmədi. Pepperoni pizza
Sonra dedilər ki, guya banklar birləşib və belə bir qərar qəbul edib. Bu yaxınlarda isə kartdan-karta pul köçürmələrinə məhdudiyyətlər qoydular. Bunu da heç bir dövlət qurumu öz üzərinə götürmədi. Dedilər, banklar Assosiyasiyası edib. Halbuki sözügedən subyekt qeyri-hökumət təşkilatıdır”.
Hüquqşünas əlavə edib ki, bankların belə bir qərar qəbul etməsi inandırıcı deyil:
“Son nəticədə deyiləcək ki, debet kartları ilə bağlı nəzərdə tutulan məhdudiyyəti də banklar edib. Bu isə absurddur. Heç bir kommersiya strukturu, xüsusən də banklar özünün ticarətini məhdudlaşdıran məhdudiyyətlər qoymaz. Xüsusən də birləşərək. Banklar bir-birinin rəqibidir, onlar niyə birləşsin ki? Aydındır ki, bunu edən müvafiq dövlət qurumlarıdır. Normal bazar iqtisadiyyatı olan ölkələrdə belə məhdudiyyətlər yoxdur”.
Ə. Həsənov vurğulayıb ki, vətəndaşların eyni valyutada bir neçə kartdan istifadə etməsi müəyyən təhlükəsizlik şəraiti yaradırdı:
“Məhdud kart alışı ilə bağlı qayda vətəndaşlar üçün ciddi çətinliklər yaratmasa da, bəzi çətinliklər yaradacaq. Məsələn, xeyli vətəndaş tanıyıram ki, onlar eyni bankda, eyni valyuta ilə 2 kart saxlayırlar. Birində pulunu saxlayırlar, digəri vasitəsi ilə ödənişlər edirlər. Tutaq ki, vətəndaşın bank kartının birində 10 min manat pulu var. Həmin kartla heç bir yerə ödəniş etmir. Ödəniş etmək lazım olanda, digər karta yönləndirir və ödəniş edir. Niyə? Çünki əsas pulun saxlandığı kart hesabı heç yerdə istifadə olunmur deyə, aktiv oğurluq halları minimuma enir. Amma yeni qayda belə halların sayının artmasına səbəb olacaq”.
Nazim Hacıyev
Telegram kanalımız