“Karyeramı bitirmək istədiyim vaxtlar olub“  - Neymar
17 Yan 2021 11:10
147

“Karyeramı bitirmək istədiyim vaxtlar olub“ - Neymar

PSJ-nin futbolçusu Neymar karyerası ərzində yaşadığı çətinliklərdən danışıb.

Yenisabah.az xəbər verir ki, braziliyalı hücumçu bir dönəm hətta karyerasını bitirmək haqda düşündüyünü bildirib:

"Futbola olan həvəsimi heç vaxt itirməyəcəyəm, amma oynamağımı dayandırmaq istədiyim vaxtlar olub. Bir gün o yerə çatdım ki, özümdən soruşdum ki, insanlar məni bəyənmirsə, niyə davam etməliyəm. Evə qəzəbli gəlirdim və sonra bu yerlərə çatmaq üçün etdiyim hər şeyi xatırladım. Futbola olan sevgim və bütün bunlar məni sakitləşdirdi və gerçəkliyə qaytardı".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər