KASKO və İcbari sığortadan rekord ödəniş

saytların hazırlanması

Evə çatdırılma

KASKO və İcbari sığortadan rekord ödəniş

İqtisadiyyat

28 Avqust 2026 17:46 77


Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalara görə, 2026-cı ilin may, iyun və iyul aylarında avtonəqliyyat sığortası növləri üzrə vətəndaşlara ümumilikdə 49,014 milyon manatdan çox kompensasiya verilib.

“Yeni Sabah” xəbər verir ki, 3 ay ərzində könüllü avtomobil sığortası (KASKO) üzrə kompensasiyaların həcmi 10,209 milyon manat olub – mayda 3,117 milyon, iyunda 3,632 milyon, iyulda isə 3,460 milyon manat ödəniş həyata keçirilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə göstəricilər daha kəskin artaraq 38,805 milyon manata çatıb (mayda 11,501 milyon, iyunda 12,644 milyon, iyulda 14,660 milyon manat).

Təminat ödənişlərində ən böyük pay sahibi "PAŞA Sığorta" olub. Şirkət təkcə iyul ayı ərzində yol qəzaları üzrə zərərçəkənlərə 9 milyon 35 min 446 manat vəsait yönəldib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!