Bakıda beş gün əvvəl - yanvarın 20-də avtomobilə atəş açılması ilə bağlı baş verən hadisənin bəzi təfərrüatı məlum olub.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobilinə atəş açılmış Tərlan Namazov keçmiş polis əməkdaşıdır.
O, əvvəllər xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib. Ona atəş açan şəxs isə T.Namazovun ailə üzvü olub. Toyuqlu pizza
Belə ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Atəş açan şəxsin hadisə zamanı sərxoş olduğu bildirilir. Həmin şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Telegram kanalımız