Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, son oyun günündə keçirilən iki matçdan biri artıq başa çatıb. Autsayderlər "Kəpəz" - "Şamaxı" matçında hesabı qonaqlar açsa da, Gəncə təmsilçisi əzmkar qələbə qazanıb - 2:1. Bu, "Kəpəz"in mövsümdə ilk qələbəsi olub.
Günün digər matçında isə "Qarabağ" "Zirə"nin qonağı olacaq.
18 sentyabr (bazar)
18:00. “Kəpəz” – “Şamaxı” - 2:1
Qollar: Ahmed Ayzaya, 47, Abdullahi Şuaybu, 60 - Nihad Quliyev, 5
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
Telegram kanalımız