Keşlədə sökülən evə kompensasiya veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Keşlədə sökülən evə kompensasiya veriləcək

Sosial

28 Aprel 2026 12:46 123


Keşlə qəsəbəsinin R.Bağırov küçəsində güclü yağış nətisəində evləri yararsız hala düşən sakinlərə maddi yardım göstəriləcək.

"Yeni Sabah” xəbər verir ki, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.

Beləliklə, aprelin 5-də, R.Bağırov küçəsi, 36/12 “b” ünvanında kollektor üzərində yerəşdiyi üçün sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.

Görüləcək işlərin icrası Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!