Mətanət İsgəndərlidən etiraf: “Pul olmasa, necə edərsən?” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Mətanət İsgəndərlidən etiraf: “Pul olmasa, necə edərsən?” - VİDEO

Şou

28 Aprel 2026 14:10 124


“Şou nə deməkdir? Şou insanın öz bacarığını, istedadını göstərməsidir. Bu sözün mənası budur. Artıq başa düşürəm ki, sənətçi özünü göstərməlidir. Bir var, baxımlı bir iş ortaya qoyursan, bir də var, bunu şou-biznesdə təqdim edirsən. Əgər maddi imkanın olmasa, bunu necə edə bilərsən? Geyimi necə alarsan, mahnını necə yazdırarsan, aranjimanı necə hazırladarsan?”

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli deyib.

O, “Gün ortası” verilişindəki çıxışında əlavə edib: 

“Əgər biz öz istedadımızı təqdim edib dəyərləndirməsəydik, bu səviyyəyə necə gəlib çıxa bilərdik? O mahnıları, klipləri, konsertləri hansı imkanla ərsəyə gətirə bilərdik? Yəni siz artıq bu biznesin içindəsiniz.

Hətta konservatoriyada dərs deyən xanəndə belə işini bitirdikdən sonra konsertdə, toyda, ziyafətdə və ya məclisdə oxuyub bunun qarşılığında qonorar alırsa, o da artıq bu sahənin bir parçasına çevrilir”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!