Orta ixtisas təhsili müəssisələrində boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.
"Yeni Sabah" xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ixtisas seçiminə ümumi balı 50-dən, tədris dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. Xarici dil fənni üzrə isə bal məhdudiyyəti tətbiq edilmir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ümumi balı 40-dan az olmayan və müvafiq qabiliyyət imtahanından "məqbul" alan abituriyentlər ixtisas seçə bilərlər. Bu ixtisaslar üzrə fənlərə dair bal məhdudiyyəti tətbiq edilmir. Marqarita pizza
İxtisas seçimi sentyabrın 27-si saat 23:59-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçərək onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil etməli və ərizəni təsdiqləməlidirlər.
İxtisas seçmək hüququ olan abituriyent dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla təhsil üzrə ümumilikdə 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını isə abituriyent özü müəyyənləşdirir.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 11-ci buraxılışında dərc olunub.
Aytac Əliyeva
Telegram kanalımız