Komitə müdaxilə etdi, ana övladlarına qovuşdu

saytların hazırlanması

Evə çatdırılma

Komitə müdaxilə etdi, ana övladlarına qovuşdu

Sosial

18 Avqust 2026 11:01 35


Gəncədə azyaşlı övladları əlindən alınan ana yenidən onlara qovuşub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat yayıb.

O qeyd edib ki, uşaqlar ötən gün analarına təhvil verilib: Toyuqlu pizza

“Məsələ ilə bağlı qadın “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə (116111) müraciət edərək 7 və 4 yaşlı övladlarının görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirmişdi. Qadının müraciəti əsasında məsələ DİN və digər aidiyyəti qurumlara yönləndirilmiş, uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdi. Polis və digər aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil verilib. Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana 2 uşağına qovuşub”.

Bir müddət əvvəl Gəncədə yaşayan 24 yaşlı Jalə adlı iki uşaq anasının övladlıarının atası tərəfindən qaçırılması iddiası ilə videomüraciəti yaymışdı. O, uşaqlarını atasına görüşmək üçün verdiyini, lakin o vaxtdan onlardan xəbər ala bilmədiyini qeyd edir, tapılmaları üçün aidiyyəti orqanlardan kömək istəyirdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!