Konqoda dəhşətli yanğın: 15 şagird öldü

saytların hazırlanması

Evə çatdırılma

Konqoda dəhşətli yanğın: 15 şagird öldü

Dünya

11 Sentyabr 2026 12:12 103


Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətinin paytaxtı Bukavuda dəhşətli yanğın baş verib.

“Yeni Sabah” xəbər verir ki, Kadutu rayonunun Cimpunda məhəlləsində evlərdən birində başlayan yanğın qısa müddətdə ətraf ərazilərə və iki məktəbə yayılıb. Hadisə nəticəsində 15 şagird həyatını itirib, çox sayda uşaq yaralanıb.

Məlumata görə, alovlar Ujamaa və Furans ibtidai məktəblərinə də keçib. Yanğın zamanı məktəblərdə olan şagirdlər arasında ölən və yaralananlar olub. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Dominos pizza

Xəsarət alanlar şəhərdəki xəstəxana və tibb mərkəzlərinə yerləşdirilərək müalicəyə cəlb olunublar.

Yanğının başladığı Funu küçəsində təxminən 500 ev və bir tibb mərkəzinin də alovlardan zərər gördüyü açıqlanıb.

Hazırda yanğının vurduğu ziyanın miqyası müəyyənləşdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!