Koroğlunun nəhəng heykəli ucaldılacaq – Mehriban Əliyeva sifariş verib

saytların hazırlanması

Evə çatdırılma

Koroğlunun nəhəng heykəli ucaldılacaq – Mehriban Əliyeva sifariş verib

Mədəniyyət

21 Dekabr 2019 06:06 2556


Birinci vitse-Prezident Mehriban Əliyevanın sifarişi ilə Azərbaycanda Koroğlunun nəhəng heykəli ucaldılacaq. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Xalq rəssamı Ömər Eldarov BakuPost-a müsahibəsində deyib. Onun sözlərinə görə, bu barədə Mehriban Əliyeva qarşısında təşəbbüslə çıxış edib və bu, qəbul olunub: 

“Mehriban xanıma Koroğlunun heykəlini təklif etdim, bəyəndilər, sağ olsunlar. Yaxınlarda işlərə başlayacağıq”.

Heykəl Siyəzən rayonu ərazisində Beşbarmaq dağının önündə ucaldılacaq: “Orda dağın ön hissəsində bir qala fonu yaranacaq. O qalada da Koroğlunun heykəli at belində ucaldılacaq. Bu Koroğlunun əvvəlki heykəlindən fərqli olaraq, arxitekturadır, sütundur. Qranitdən sütun olacaq. Hündürlüyü 18 metr. Ondan yuxarıda uçan at olacaq. Ondan aşağıda iki qartal olacaq. Yəni qartallardan da yuxarıda Koroğlunun atı olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!