“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

saytların hazırlanması

Evə çatdırılma

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

İqtisadiyyat

23 Sentyabr 2026 08:27 123


"Facebook" sosial şəbəkəsinin "Azbank klubu" qrupunda "Leobank" rəqəmsal bankının xidmətindən narazı olan vətəndaşın şikayəti yayılıb.

“Yeni Sabah” xəbər verir ki, Kənan Əsgərli adlı istifadəçi bank vasitəsilə həyata keçirdiyi pul köçürməsinin günlərdir asılı vəziyyətdə qaldığını bildirib.

Şikayətçinin təqdim etdiyi ödəniş qəbzindən görünür ki, o, 16 sentyabr 2026-cı il tarixində "Leobank" hesabından "ABB Mobile" kart hesabına 147 AZN məbləğində vəsait köçürüb. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, vəsait qarşı tərəfin hesabına oturmayıb vә bank tərəfindən hesab sahibinə də geri qaytarılmayıb. pizza hut

Məsələ ilə bağlı narazılığını ifadə edən vətəndaş bankın ləngiməsini tənqid edib:

"Şikayətim 'Leobank'dandır. Artıq neçə gün keçməsinə baxmayaraq pulumu geri qaytarmırlar, pul da qarşı tərəfə köçməyib. Neçə gün gözlədim, bəsdir daha!"

Müştərilər analoji hallarda bankların texniki problemləri operativ həll etməməsindən və yaranan ləngimələrdən tez-tez şikayətlənirlər.

Nazim Hacıyev

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!