16 Avqust - 11:31
“Lex“i Bakıda əsl cəhənnəm gözləyir“

“Lex“i Bakıda əsl cəhənnəm gözləyir“

İdman

05 İyul 2022 16:41 686


"Bu oyunda favorit Azərbaycan çempionudur. "Lex" mərhələni keçmək istəyirsə, ilk oyunda məsələni həll etməlidir. Yalnız yaxşı nəticə Poznan təmsilçisinə cavab görüşü barədə nikbin düşünməyə imkan verə bilər. "Qarabağ" əla və təcrübəli komandadır".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Ağdam təmsilçisinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa "Lex"i ilə ilk oyunu öncəsi Polşa mətbuatına müsahibəsində deyib.

Hazırda Polşa "Visla"sında çıxış edən müdafiəçinin sözlərinə görə, "Lex" nə olursa olsun qələbə qazanmalıdır: "Çünki onları Bakıda cavab oyununda "cəhənnəm" gözləyir. İyunun əvvəlindən orada inanılmaz dərəcədə istidir. Adətən 30 dərəcədən çox olur. Yadımdadır, biz qrup mərhələsində Avropadan gələn komandalarla evdə oynamışdıq. Rəqiblər adətən 45 dəqiqədən sonra “ölürdülər”. Çempionlar Liqasının seçmə mərhələsinin son turunda “Kopenhagen”lə görüşdə ​​rəqibin birinci hissədən sonra enerjisi tükənmişdi".

Polşalı futbolçu bildirib ki, "Lex" "Qarabağ"ın cinah oyunçuları ilə bağlı diqqətli olmalıdır: "Abdullah Zubir artıq "Legiya" ilə matçda əla çıxış edib. İkinci çox təhlükəli oyunçu isə Kadidir. Braziliyalı ötən mövsüm 20 qol vurub və bütün yarışlarda 17 qolun ötürməsini verib. Cinah müdafiəçiləri kifayət qədər hücumda olduğu üçün "Lex" problemlə üzləşə bilər. Burada onlar müdafiəyə diqqət yetirməli olacaqlar.  Meydançanın ortasında Filip Ozobiçə diqqət yetirməlidir. Son vaxtlar o, hər mövsüm ikirəqəmli qollar vurur, həm də çoxlu ötürmələri verir"

O, bugünkü matçda Ağdam təmsilçisinə azarkeşik edəcəyini söyləyib: "Avrokuboklarda oynayacaq 4 Polşa klubuna uğurlar arzulayıram. Qarabağ" və bu komanda ilə Çempionlar Liqası ilə bağlı gözəl anlar yaşadım. Oradakı dostlarımla hələ də əlaqə saxlayıram. Bunu nəzərə alsaq, ürəyim "Qarabağ"a daha yaxındır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!