Maliyyə Nazirliyində dövlət borcunun idarə edilməsi müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Maliyyə Nazirliyində dövlət borcunun idarə edilməsi müzakirə olundu

İqtisadiyyat

04 Sentyabr 2026 01:37 31


Sentyabrın 3-də Maliyyə Nazirliyində Nazirlik yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib.

“Yeni Sabah” xəbər verir ki, müzakirələr zamanı Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini Pərvin Manafov şəffaflığın artırılması, rüblük hesabatlar və yarımillik statistik bülletenlərin rəsmi saytda müntəzam dərc edilməsi barədə məlumat verib. Qeyd olunub ki, "Dövlət borcunun idarə edilməsinə dair 2022–2025-ci illər üzrə Strategiya"da nəzərdə tutulan strateji məqsədlərə tam nail olunub.

Görüşdə həmçinin dövlət vəsaitlərinin səmərəli idarə olunması üçün keçirilən depozit hərracları, dövlət istiqrazlarının emissiyası və Azərbaycanın suveren kredit reytinqindəki müsbət dinamika diqqətə çatdırılıb. İctimai Şuranın sədri İnqilab Əhmədov və digər üzvlərin iştirakı ilə növbəti dövr üzrə yenilənəcək Borc Strategiyasının prioritetləri ətrafında fikir mübadiləsi aparılıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!