Tiktoker Məhəmməd Nəsibov saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Tiktoker Məhəmməd Nəsibov saxlanıldı

Kriminal

02 Oktyabr 2026 16:55 95


Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir tiktoker həbs olunub.

"Yeni Sabah" lent.az-a istinadla xəbər verir ki, Məhəmməd Nəsibov "TikTok" sosial şəbəkəsində özünə məxsus "7_muxammed_7" adlı səhifədə canlı yayımda digər bloggerlərlə söhbət nalayiq ifadələr işlədib.

Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib. pizza

Bu əməlinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Bir neçə dəqiqə əvvəl məhkəmənin qərarı ilə M.Nəsibov 10 gün müddətinə inzibati qaydada həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!