“Məktəblərdə vahid geyim sosial bərabərsizliyi azaldacaq” - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Məktəblərdə vahid geyim sosial bərabərsizliyi azaldacaq” - AÇIQLAMA

Sosial

11 Oktyabr 2026 13:16 88


Təhsil haqqında qanunvericiliyə əsasən, dövlət məktəbləri dünyəvi xarakter daşıyır. Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş vahid geyim standartları müxtəlif nəticələrin əldə olunmasına hədəflənib. Vahid geyim mühitində subyektiv yanaşmaların, fikir ayrılıqlarının, eləcə də məktəb daxilində fərqli sosial, dini və ideoloji simvolların qabardılmasının qarşısının alınması, beləliklə, təlim-tərbiyə ocağının kənardan gətirilən təsirlərdən uzaqlaşaraq sırf elmi və tədris yönümlü bir məkana çevrilməsi nəzərdə tutulub".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, dosent AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi Aynur Hacıqədirli deyib. O bildirib ki, şagirdin geyimi onun məktəb daxilindəki davranışlarına çox mühüm təsir göstərir:

"Pedaqoji psixologiya sahəsində hər zaman vurğulanır ki, geyim davranışa və psixoloji köklənməyə birbaşa təsir edən amillərdəndir. Şagirdin geyimi onun məktəb daxilindəki davranışlarına çox mühüm təsir göstərir. Əvvəla, təhsildəki geyimlə kənardakı geyim arasında sərhəd qoyulur; şagird məktəb, müəllimlər, cəmiyyət və valideynləri qarşısındakı məsuliyyətini dərk edərək özünü dərslərə daha yaxşı kökləyir. Digər tərəfdən, tədris prosesində uşaqların diqqəti bir-birinin geyindiyi brendlərdən və xarici görünüşdən yayınaraq tamamilə dərslərə yönəlir. Bu kodeksin tətbiqi şagirdlərimizin davranışına, intizamına və məsuliyyətinə çox mühüm, müsbət təsir göstərəcəkdir". Pepperoni pizza

Dosent əlavə edib ki, vahid geyimin tətbiq olunması şagirdlər arasındakı bu maddi yarışı və psixoloji təzyiqi ən azından minimuma endirəcək:

"Vahid məktəbli formasının sosial üstünlükləri də var. Məktəblərə müxtəlif maddi imkanlara sahip ailələrin övladları gəlir və bəzən onlar arasında geyimlərini, var-dövlətlərini sərgiləmək yarışı gedir. Vahid geyimin tətbiq olunması şagirdlər arasındakı bu maddi yarışı və psixoloji təzyiqi ən azından minimuma endirəcəkdir. Şagirdlər geyimlərinə görə fərqlənmədikdə bu gərginlik də aradan qalxır. Bu baxımdan tətbiqini vacib hesab edirəm".

A.Hacıqədirli vurğulayıb ki, bu prosesdə sinif rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür:

"Bu prosesdə yalnız rəhbərliyin deyil, eyni zamanda sinif rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür. Onlar valideynlərlə dialoq halında olmalı, maarifləndirici görüşlər keçirməli və bu qaydaların tətbiq mahiyyətini düzgün izah etməlidirlər. Valideynlər bu fikri mənimsədikdən sonra onu öz ailələrində rahatlıqla tətbiq edəcəklər. Güc və ya məcburiyyət tətbiq etməklə müsbət nəticə əldə etmək mümkün deyil. Uğurlu nəticə yalnız qarşılıqlı dialoq, danışıqlar və maarifləndirmə proseslərinin artırılması sayəsində mümkün olacaqdır".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!