Mərkəzi Bank iki şirkəti cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank iki şirkəti cərimələdi

İqtisadiyyat

03 Sentyabr 2026 13:44 41


Mərkəzi Bank (AMB) keçirdiyi yoxlamaların yekununa əsasən “Baku Pay” MMC-nin rəhbər şəxsi və “Global İnnovations” MMC ilə bağlı inzibati cəza tədbirləri tətbiq edib.

“Yeni Sabah” xəbər verir ki, ümumilikdə 52 min manat həcmində maliyyə sanksiyası tətbiq olunub. Tənzimləyici qurum martın 31-dən aprelin 15-dək “Baku Pay” MMC-də apardığı yoxlamalar zamanı pul vəsaitlərinin təhlükəsiz saxlanılması və idarə edilməsi ilə bağlı hüquqi tələblərin pozulduğunu aşkarlayıb. Aşkar edilən nöqsanlara görə şirkətin məsul şəxsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə (439-2.2) əsasən 2 min manat cərimə olunub.

Digər yoxlama isə fevralın 24-dən martın 17-dək “Global İnnovations” MMC-də reallaşdırılıb. Araşdırmalar çərçivəsində çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏML/TMM) haqqında qanunvericiliyin tələblərinə riayət olunmadığı üzə çıxıb. Sezar pizza

Nəticədə “Global İnnovations” MMC hüquqi şəxs olaraq İXM-in 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələri ilə 50 min manat məbləğində cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!