“Milli əxlaqımıza yaraşmayan təhqir və böhtan...” – Şah İsmayıl müzakirəsinə sərt reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Milli əxlaqımıza yaraşmayan təhqir və böhtan...” – Şah İsmayıl müzakirəsinə sərt reaksiya

Siyasət

12 Avqust 2026 13:29 81


“Təəssüf ki, Tariximiz, Səfəvi dövləti və Şah İsmayıl Xətai ilə bağlı mübahisələr normal dialoq mədəniyyətindən uzaqdır, hörmətsizlik, milli əxlaqımıza yaraşmayan təhqir və böhtanlarla doludur”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı çıxış edib.

O, qeyd edib ki, müəllifi olduğu bütün publisistika kitablarında bu gün müzakirə olunan məsələlərə münasibəti var: pizza hut

“Yəni çox yazmışam bu haqda. Bununla bağlı teledebatlara da qatılmışam. Bundan əlavə və ən əsası “Milli taleyimiz və biz” (2018-ci il) və “Vətəndaşlığın əlifbası”(2022-ci il) adlı iki kitabım var ki, birincisi bütövlüklə, ikincisinin böyük bir hissəsi bizim tarixə yanaşma probleminə həsr olunub.

Birinci kitab bu gün sosial mediada gah öyülən, gah döyülən Güntay Tölgeye cavab vermək ehtiyacından doğulmuşdu.

Mətbuatda bu kitab "müəllifin Güntay Gəncalp Bayandırlı (Güntay Tölge) və Saleh Məhmətlə apardığı məktublaşmaları, milli kimlik, tarixi yaddaş və türk dünyasının taleyi ilə bağlı dərin düşüncələrini ehtiva edən publisistik-fəlsəfi əsər” ; “Azərbaycan xalqının tarixi keçmişi, milli oyanış prosesləri, dil, etnik və mənəvi dəyərlər, həmçinin çağdaş türk dünyasının qarşılaşdığı problemlərim müzakirə olunurduğu kitab” kimi təqdim olunmuşdu.

Yazdıqlarımı təkrar etmək istəmirəm. Sosial mediadakı düşüncələr, qarşılıqlı ittihamlar getdikcə durulur. Tarix bitmiş bir kitabdır, onu dəfələrlə oxumaq olar, amma bir sözünü də dəyişdirmək mümkün deyildir. Onu inkar edib gələcəyi qurmaq olmaz. Bununla uğraşmaqdansa tarixi dərindən öyrənib onun səhvlərini təkrar etməyək.

Şah İsmayılı və Səfəvi dövlətini Azərbaycandan qoparıb İrana bağışlamaq, Şah İsmayılın türk kimliyini, Səfəvi dövlətinin türk dövləti olmasını inkar edənlər, nə niyyət güdürlər güdsünlər, əslində böyük yanlışlığa yol vermirlər. Çünki İran deyilən ərazi səlcuqlardan başlayaraq min il elə türk yurdu olub. İran demək- burada qədimdən kök atmış türk uluslarının, o cümlədən, Azərbaycan türklərinin vətəni demək idi. İran- Persiya və ya Farsistan deyildir.

Fars varlığı yalnız qismən saray yazışmalarında və ədəbiyyatda qalırdı. İran o ərazidə yaşayan bütün xalqların vətəni olsa da , daha çox və bütövlükdə türklərə, Türk sülalə dövlətlərininə məxsus idi, onların vətəni, onların savaşıb qoruduqları, qurduqları doğma yurdlarıydı.

Bizim eradan qabaq da bu ərazi İranla Turanın həm savaş, həm yanaşı yaşadıqları məkan olub. Yəni türkün ayağı İrandan heç vaxt üzülməyib. “Türklərin İranı” deyimi çox dəqiqdir. Azərbaycan nə qədər qədim olsa da dünya və Avropa tarixçiləri Hind-Avropa təəssübkeşliyi ilə daim Persiya adını irəli çıxarıblar. Azərbaycan bəzən İranın bütün ərazisini, bəzən də bir hissəsini bildirib, türklərin daha sıx yaşadığı ölkə olub. Bunu qədim İslam mənbələri də təsdiq edir.

İran türkləri bu günə qədər fəxrlə “İranlıyam” deyirlər, haqlıdırlar, çünki İran farslardan çox onlarındır. Buna görə də İran adından imtina etmirlər. “İranlıyam” demək türklüyü inkar və ya fars olmaq anlamına gəlməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!