Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 6 mindən çox sahibkarlıq subyektinə qanunvericiliyin tələbləri əks olunmuş bildirişlər paylanılıb.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-iyul aylarında ictimai iaşə, ticarət, yanacaqdoldurma məntəqələri, məişət və digər xidmət sahələrində fəaliyyət göstərən, həmçinin zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə maarifləndirici bildirişlər təqdim edilib. Pepperoni pizza
Bildirişlərin paylanılmasında əsas məqsəd sahibkarların qanunvericiliyin tələbləri barədə məlumatlılığını artırmaq, mümkün pozuntuların qabaqcadan qarşısını almaq və istehlakçı hüquqlarının daha effektiv müdafiəsini təmin etməkdir.
Bildiriş paylanılan sahibkarlıq subyektlərinin sahələr üzrə bölgüsü:
Ticarət sahəsi – 3254
İctimai iaşə sahəsi – 392
Zərgərlik məmulatlarının satışı – 1344
Məişət təyinatlı mürəkkəb texniki malların satışı – 324
Məişət və digər xidmət sahələri – 826
Yanacaqdoldurma məntəqələri – 8
Beləliklə, qeyd olunan dövrdə ümumilikdə 6148 sahibkarlıq subyektinə bildiriş paylanılıb.
Aytac Əliyeva
Telegram kanalımız