Misir Mərdanovdan məktəbli geyimləri ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Misir Mərdanovdan məktəbli geyimləri ilə bağlı AÇIQLAMA

Sosial

12 Oktyabr 2026 16:16 557


Məktəblərdə vahid geyim qaydalarına riayət olunması təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işinin səmərəli təşkili və nizam-intizamın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu qaydalara əməl olunması məktəb mədəniyyətinin formalaşmasına və təhsil mühitində vahid yanaşmanın qorunmasına xidmət edir.

“Yeni Sabah” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın keçmiş təhsil naziri, professor Misir Mərdanov deyib.

O, məktəblərdə vahid geyim qaydalarına riayət olunmasının təhsilin inkişafına xidmət etdiyini bildirib. Toyuqlu pizza

Professor qeyd edib ki, təhsil müəssisələrində şagird və müəllimlərin məktəbə müəyyən olunmuş formada gəlməsi təhsilin inkişafına, tərbiyənin və nizam-intizamın möhkəmlənməsinə xidmət səbəb olacaq:

“Unutmamalıyıq ki, məktəb yalnız dərs keçilən yer deyil, həm də şəxsiyyətin formalaşdığı məkandır. Məktəbdə vahid geyim qaydalarına riayət etmək də bu ümumi mədəniyyətin və məsuliyyətin bir hissəsidir”.

Onun sözlərinə görə, məktəbdə vahid geyim qaydalarının qorunması şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, təhsil mühitində qarşılıqlı hörmətin və məktəb mədəniyyətinin güclənməsinə töhfə verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!