Murad Sultanlı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Murad Sultanlı saxlanıldı

Kriminal

17 Dekabr 2025 15:42 1358


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının sədri Murad Sultanlının saxlanıldığı bildirilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə partiya funksionerləri məlumat yayıb.

Onlar qeyd edib ki, M.Sultanlının şəxsi telefonuna 2 gündür zəng çatmır. Lakin hadisənin təfərrüatları məlum deyil. Toyuqlu pizza

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!