Şamil Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib.
Yeni Sabah xəbər verir ki, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktoru vəzifəsinin səlahiyyətlərini icra edəcək.
Şamil Məmmədsaleh oğlu Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində “Menecment” ixtisası üzrə ali təhsil alıb. Dominos pizza
O, əmək fəaliyyətinə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunda başlayıb. Şamil Əliyev 2019-cu ildən DOST Agentliyində fəaliyyət göstərir.
Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Şamil Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Aytac Əliyeva
Telegram kanalımız